Təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 24 avqust
2015-ci il tarixinə nəzərdə tutulmuş Sumqayıt şəhəri,
Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbulu
vaxtında dəyişiklik edilib.
Belə ki, təhsil naziri Mikayıl Cabbarov 27 avqust
2015-ci il tarixində saat 10:00-da Sumqayıt şəhərindəki
Tarix Muzeyində Sumqayıt şəhəri, Abşeron, Qubadlı və
Zəngilan rayon sakinlərini qəbul edəcək.
24 avqust 2015-ci il tarixinə nəzərdə tutulmuş qəbul
üçün qeydiyyatdan keçmiş vətəndaşlar 27 avqust 2015-ci
il tarixində qəbul ediləcəklər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |