Azərbaycan Dövlət İqtisad Universiteti ilə Almaniyanın
nüfuzlu Yena Fridrix Şiller Universitetinin İqtisadiyyat
və Biznes Administrasiya Məktəbi arasında əməkdaşlıq
müqaviləsi imzalanıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, müqavilənin məqsədi
tələbə və müəllimlərin qarşılıqlı mübadiləsinin həyata
keçirilməsi, birgə elmi tədqiqatların aparılması və
nəşrlərin hazırlanması, elmi-praktik konfransların,
təhsil və mədəniyyət proqramlarının təşkil olunmasıdır.
Sənəddə iki universitet arasında tələbələrin qarşılıqlı
mübadiləsi nəzərdə tutulur. Mübadilə proqramına qoşulan
tələbələr üçün təhsil ödənişsizdir və onların daxil
olduqları universitetdə ən azı iki semestr təhsil
almaları vacibdir.
Qeyd edək ki, Yena Fridrix Şiller Universiteti dünya
üzrə "QS" reytinqində 397-ci, "Webometrics"in dünya üzrə
reytinqində 235-ci, Avropa üzrə 86-cı pilləsində
qərarlaşıb. |