2015/2016-cı
tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV,VI və
VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda
4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap
olunub.
Bundan IV və VI siniflər üçün 71 adda 2033290 nüsxə
dərslik və müəllim üçün metodik vəsait artıq yerlərə
çatdırılıb.
VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə)
yeni dərslik və müəllim üçün metodik vəsaitin isə
yerlərə göndərilməsi prosesi davam edir.
Bundan əlavə, bir il öncədən 2016/2017-ci tədris ilinə
ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum
əsasında 70 adda dərslik və müəllim üçün metodik
vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq
tender elan olunub. Müsabiqənin oktyabrın sonunda
yekunlaşdırılması nəzərdə tutulur. |