Azərbaycan milli komandasının bir neçə üzvü Türkiyənin
Ərzurum şəhərində 12-ci Beynəlxalq Palandökən karate
turnirində 3-cü yeri tutub.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a
bildiriblər ki, böyüklərin fərdi yarışlarında Rafiz
Həsənov (67 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı)
yarışın qalibi olublar. 14-15 yaşlı yeniyetmələrdən
Hümmət Baxşəliyev (57 kq) və 18-21 yaşlılarda kata üzrə
çıxış edən Rafiq Əmirov gümüş medallara sahib olublar.
16-17 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın
üzvlərindən Murad Hacızadə (76 kq-dan yuxarı) və Elcan
Məmmədrzayev (61 kq), 18-21 yaşlılardan isə Üzeyir
Alışanov (67 kq) bürünc mükafat qazanıblar.
Rafiz Həsənov, Pənah Abdullayev və Asiman Qurbanlıdan
ibarət heyətlə komanda yarışlarına qatılan
karateçilərimiz çempionluğu qazanıblar. Bu nəticələrlə
Azərbaycan 41 ölkə arasında Türkiyə və İrandan sonra
üçüncü nəticə göstərib. Müxtəlif yaş qrupları üzrə 4 gün
davam edən ənənəvi Palandökən turnirində 2000-dək
idmançı iştirak edib.
Bakı və region klublarından da yarışa yollanan
idmançılarımız yaxşı nəticə ilə qayıdıblar. |