Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

İto şəhər meriyasında İsmayıllıdan olan məktəblilərlə görüş keçirilib

 

Xəbər verdiyimiz kimi, İsmayıllı və İto şəhərləri arasında imzalanmış dostluq mübadiləsi haqqında saziş çərçivəsində Azərbaycanın bu şəhərinin məktəblilərindən ibarət qrup Yaponiyaya səfərə gəlib. Səfər çərçivəsində İto şəhər meriyasında merin müavinləri Katsuya Sato və Hara Takaşi qrupun üzvləri ilə görüşüblər. Görüşdə Azərbaycanın Yaponiyadakı səfirliyinin üçüncü katibi Fuad Bağırov və qrupun rəhbəri, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aytəkin Əhmədova da iştirak ediblər.

İto şəhər merinin müavinləri görüşdə çıxış edərək son illər Yaponiya ilə Azərbaycan arasında münasibətlərin sürətlə inkişaf etdiyini bildiriblər. İsmayıllı və İto şəhər məktəblilərinin mübadilə proqramı çərçivəsində həyata keçirilən səfərlərinin iki ölkənin digər regionları üçün də örnək olduğunu və münasibətlərin gələcək inkişafına töhfə verəcəyini vurğulayıblar. Görüşün sonunda İto şəhər meriyasına ölkəmizlə bağlı hədiyyələr təqdim edilib.

Həmin gün azərbaycanlı qonaqlar İto şəhər Assambleyasının sədri xanım Yasuko Tori və İto Şəhər Təhsil Şöbəsinin müdiri Fuci Kazunari ilə də görüşüblər. Görüşdə şöbə müdiri K.Fuci İto Şəhər Beynəlxalq Əlaqələr Assosiasiyasının üzvləri tərəfindən İsmayıllı şəhər məktəblilərinə yapon dilinin distant tədrisi barədə məlumatı maraqla qarşılayaraq bu layihəni dəstəklədiyini bildirib. Şöbə müdiri İsmayıllıdan olan şagirdlərə yapon dilini daha yaxşı mənimsəmələri məqsədilə yapon dilində kitablar hədiyyə edib. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov