Azərbaycan
Dövlət Aqrar Universitetində (ADAU) müasir informasiya
texnologiyalarının tətbiqinə geniş yer verilir.
Redaksiyamıza daxil olan məlumata görə, ali təhsil
ocağında demək olar bütün fakültələr ən müasir texnoloji
avadanlıqlarla təchiz edilib.
Yay tətili günlərində universitet rəhbərliyi aqrar
iqtisadiyyat, aqrobiznes və idarəetmə fakültələrinin
yerləşdiyi tədris korpuslarının istifadə olunmayan
binalarında əsaslı təmir işləri apararaq, informasiya
texnologiyalarının tətbiqi üçün lazımi şərait yaradıb.
Təmir olunmuş binalarda tədrisin müasir proqramlarla
təşkili məqsədilə ən son kompüterlər quraşdırılıb.
Şakir CƏFƏROV,
"Azərbayan müəllimi"
sh.cafarov@muallim.edu.az |