Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Avqust 2015 - №30

 

Qusarda taxta lövhələr üzərində maraqlı əsərlər yaradan məktəb direktoru

 

Böyütmək üçün seçinQusarlı riyaziyyat müəllimi Nurulla Davudov 33 ildir taxta lövhələr üzərində yandırma üsulu ilə bir-birindən gözəl əsərlər yaradır. İki kitab müəllifi olan Nurulla Davudov Qusar rayon Avaran kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışır. Rayon təhsil  şöbəsindən  məlumat verilir ki, 62 yaşlı pedaqoq taxta lövhələr üzərində təbiəti, kənd həyatını, qədim adət-ənənələrimizi əks etdirən rəsmlər çəkir. İşindən zövq alan sənətkar əsərlərini yandırıcı qurğudan istifadə etməklə yaradır. N.Davudov əsərlərinin dəfələrlə rayonda təşkil olunan sərgilərdə nümayiş etdirildiyini bildirib. "İlk vaxtlar bu işi görəndə mənə çox çətin gəlirdi. Amma təcrübəm artdıqca əsərlərim də diqqətçəkən oldu. İndi çəkdiyim şəkillərin sayını belə itirmişəm".

Yaradıcı müəllim bir əsərin çəkilməsinə 2-3 gün vaxt sərf edir. Amma elə böyük əl işləri də var ki, onun üzərində bir ay çalışmalı olub. Nurulla Davudov vaxtilə uşaq yaradıcılıq mərkəzində fəaliyyət göstərən dərnəkdə balacalara taxta lövhələr üzərində yandırma üsulu ilə rəsm əsərləri çəkməyin sirlərini də öyrədib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov