Redaksiyamıza
daxil olan məktubda bildirilir ki, avqustun 6-da
kollecdə diplomların təqdim olunması mərasimi keçirilib.
Mərasimdə rayon rəhbərliyi, valideynlər, müəllimlər,
ictimaiyyət nümayəndələri iştirak ediblər.
İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin
direktor əvəzi Sevda Qasımova bildirib ki, kolleci
turizm və onun təşkili fakültəsi üzrə 4 nəfər, kompüter
şəbəkələrinin və hesablama texnikasının təmiri və servis
xidməti fakültəsi üzrə isə 9 nəfər bitirib. Bir nəfər
məzun - Elyanə Ədilova fərqlənmə diplomuna layiq
görülüb. Mərasimdə çıxış edənlər gənclərə uğurlar
arzulayıblar.
Sonda məzunlara bitirdikləri ixtisaslar üzrə diplomlar
təqdim olunub. Qeyd olunub ki, kollecdə 8 ixtisas üzrə
295 tələbə təhsil alır. Fəaliyyətə başladığı dövrdən bu
günə kimi ixtisaslar üzrə mütəxəssis hazırlığı yüksək
səviyyədə həyata keçirilib, tədrisin müasir tələblərə
uyğun qurulmasına nail olunub. Kollec rayonun
ictimai-mədəni həyatında da fəal iştirak edir. |