Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə
edən Webometrics bu il üçün növbəti reytinqini
açıqlayıb. Dünya universitetlərinin elan edilən
reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil
müəssisəsi daxil edilib. Bu reytinqdə Azərbaycan Dövlət
İqtisad Universiteti ilk dəfə olaraq dünyanın Top-5000
universiteti siyahısında yer alıb və Azərbaycan
universitetləri arasında birinci yerə layiq görülüb.
ADİU eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri
üzrə mühüm irəliləyişə nail olub. Belə ki, Azərbaycan
Dövlət İqtisad Universiteti region universitetləri
arasında 330-cu yerdə qərarlaşıb və TOP-500-ə daxil olub.
Bütövlükdə Avropa universitetləri arasında ADİU 1231-ci
yerə yüksəlib və ilk dəfə olaraq regionun TOP-1500-nə
daxil olub.
İctimaiyyətlə əlaqələr şöbəsi |