Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

Azərbaycanlı atlet Avropa çempionatında çıxış edib

 

İsveçin Landskrona şəhərində avqustun 1-dən başlayan yaşı 15-17-dək yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi davam edir.  AZƏRTAC xəbər verir ki, "Landskrona Idrottshall" yarış zalında keçirilən turnirdə Azərbaycanın "Zirvə" Beynəlxalq İdman Klubunun nümayəndələri də çıxış edirlər.

Həmyerlimiz Kənan Xəlilov (56 kiloqram çəki dərəcəsində) yaşı 17-dək oğlanların mübarizəsində gücünü sınayıb. O, birdən qaldırma hərəkətində 97 kiloqram nəticə ilə 4-cü, təkanla qaldırma hərəkətində isə 110 kiloqram nəticə ilə 8-ci olub. 

Ümumilikdə 207 kiloqram (97+110) nəticə göstərən ağır atletimiz yekunda 7-ci yeri tutub.  Avropa birinciliyinə avqustun 9-da yekun vurulacaq.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov