Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

Azərbaycan cüdo üzrə dünya çempionatında iştirak edəcək heyətini açıqlayıb

 

Astana avqustun 24-dən 30-dək keçiriləcək cüdo üzrə dünya çempionatının iştirakçılarını qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu idman yarışında dünyanın 100-dən çox ölkəsindən təqribən 700 idmançı iştirak edəcək.

Mundial iştirakçıları arasında Azərbaycan yığması da təmsil olunacaq. Dünya birinciliyi "Alau" Buz Sarayında keçiriləcək.

Artıq ölkələrin çoxu dünya çempionatında iştirak edəcəyini təsdiq edib.  Dünya çempionatında Azərbaycanın heyətində aşağıdakı cüdoçular təmsil olunacaq: İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Ramin Qurbanov, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq). Qadınların yarışında Kifayət Qasımova iştirak edəcək. O, adət etmədiyimiz çəki dərəcəsində (52 kq-ya qədər) yarışacaq.

Cüdoçularımızın rəqibləri Qazaxıstan, Yaponiya, Braziliya, Çexiya, Monako, Kanada, Niderland, Belçika, İsveç, Tunis, İngiltərə, Bolqarıstan, Almaniya, Finlandiya, Tacikistan, Fransa və sair ölkələrin idmançıları olacaq.

Qazaxıstanda cüdo üzrə dünya çempionatı bu ilin təqvimində ən əhəmiyyətli cüdo yarışıdır. Bu turnir təsnifat dövrünün sonuncu dünya çempionatıdır. Belə ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına cəmi bir il qalır.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov