Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

Gənc mütəxəssislər üçün yay məktəbi layihəsi başa çatıb

 

Böyütmək üçün seçinLayihələrin idarə edilməsi üzrə gənc mütəxəssislər üçün yay məktəbi layihəsi avqustun 3-də başa çatıb. Qəbələ şəhərində təşkil edilən üç günlük təlimlər iştirakçıların beynəlxalq bilik və təcrübəni öyrənmələrinə şərait yaradıb.

Yay məktəbi Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının  (AzPMA)  təşkilatçılığı,  Azərbaycan  Texniki  Universıtetinin dəstəyi ilə keçirilib.

AzPMA-dan redaksiyamıza bildiriblər ki, layihə menecerlərinin yay məktəbi Azərbaycanda artıq ikinci dəfə keçirilir. Əsas məqsəd şirkət mütəxəssislərinə innovasiyaların yaradılması, beynəlxalq metodika və bilik əsasında öz layihələrini həyata keçirmələrinə imkan verilməsidir. Təlim zamanı iştirakçılar layihələrin idarə edilməsi üzrə əsas bilikləri mənimsəyib, bu sahə üzrə dünya təcrübəsi ilə tanış olublar. Bundan əlavə, iştirakçılar əldə etdikləri bilikləri praktik sessiyalarda (workshop) tətbiq edib, komanda halında formalaşaraq təlimçi-nəzarətçilərin rəhbərliyi altında öz layihələrini işləyib hazırlayıblar. Bununla da onlar layihənin işlənib hazırlanması - layihənin iş strukturu, layihə məhsulu,  marağı olan tərəflərin təhlili, risklər, maliyyə planı, layihənin təqdimatı və steykholderlər qarşısında müdafiəsi kimi əsas bacarıqlara yiyələniblər.  Gizli  səsvermə  yolu  ilə  ən  yaxşı  komanda seçilib  və  mükafatlandırılıb.

İştirakçılar Qəbələ şəhərində həyata keçirilən yerli layihələrlə - bütün dünyada tanınan "Beltmann" piano fabriki, eləcə də "Qəbələnd" istirahət və əyləncə mərkəzi layihəsi ilə tanış olublar. Onlar layihələrin rəhbərləri ilə görüşərək təşkilatın yaradılması və müvəffəqiyyət qazanması barədə məlumat əldə ediblər. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov