Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında "1 avqust - Azərbaycan əlifbası və
Azərbaycan dili günüdür" mövzusunda kitab sərgisi
açılıb.
Sərgidə kitabxananın direktoru müavini Gülbəniz
Səfərəliyeva çıxış edərək Azərbaycan əlifbasının və
Azərbaycan dilinin tarixindən, bu günədək keçdiyi
şərəfli inkişaf yolundan, əldə olunmuş nailiyyətlərdən,
dilimizin zənginliyindən bəhs edib.
Tədbirdə Fəridə Hacıyeva, Səyyarə Məmmədli və başqa
şairlər Azərbaycan dilinə həsr etdikləri şeirlərini
söyləyibər.
Qeyd edək ki, iki yüzədək ədəbiyyatı özündə əks etdirən
"1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili
günüdür" mövzusuna həsr olunan sərgi iştirakçıların
böyük marağına səbəb olub.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |