Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

8 Avqust 2015 - №29

 

Erməni saxtakarlıqlarını ifşa edən daha bir tarixi əsər

 

 Yazıçı Ramiz Abbaslının "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış "Ad oğrusunun adı" tarixi əsərində mənfur qonşularımız olan ermənilərin özgəsinə məxsus torpaqlara, mədəniyyətə, ədəbiyyata, incəsənətə, dağlara, çaylara, göllərə, hətta dənizlərə, ümumiyyətlə hər şeyə sahib çıxmaq kimi iyrənc cəhdləri açılıb göstərilmişdir. Yazıçı təkzibolunmaz faktlarla, qədim salnaməçilərin, tarixçi alimlərin və şairlərin əsərlərinə istinadən, o cümlədən, erməni mütəfəkkirlərinin etiraflarına əsasən sübut edir ki, müxtəlif dövlətlərin  ərazilərində əsrlərlə yaşayan ermənilər demək olar ki, köçəri həyat sürmüş, ancaq heç vaxt dövlət qura bilməmişlər. Ən naqis insani keyfiyyətləri özündə cəmləşdirən ermənilər nə qədər namərd planlar hazırlasalar da, onlara dəstək verən olmamışdır.

Yazıçı R.Abbaslı göstərir ki, yalnız XVIII əsrdə rus çarı I Pyotru şirnikləşdirib ələ alan ermənilər sərsəm ideyalarını gerçəkləşdirməyə imkan tapdılar. Riyakar planlar, ağ yalanlar ayaq tutub yeriməyə başladı, Azərbaycan torpaqlarının işğalının əsası qoyuldu. Rus çarlarının və sonralar bolşevik rəhbərlərinin himayəsi ilə ermənilər xarici ölkələrdən yığışdırılıb Azərbaycanın qərbinə və Qarabağ ərazisinə köçürüldülər. Ayaqlarına yer eləyən ermənilər xarici himayəçilərindən hər cür dəstək alaraq tarixdə ilk dəfə dövlət qurmağa nail oldular, paytaxtı da Azərbaycanın İrəvan şəhəri oldu. Ermənilər Azərbaycan xalqına olmazın bəla və müsibətlər gətirdilər. Halbuki, tanınmış erməni mütəfəkkirləri və tarixçiləri açıq etiraf ediblər ki, hərgah biz türklərin deyil, başqa dövlətlərin ərazisində məskunlaşmış olsaydıq, erməni adı yalnız tarixin səhifələrində qalardı, yəni erməniləri digər ölkələrdə qırardılar.

"Ad oğrusunun adı" kitabında ermənilərin türklərə, o cümlədən, azərbaycanlılara min illər boyu düşmən kəsilmələri faktlarla açılır. Geniş əhali kütləsi üçün yazılmış bu kitab zəngindir və məktəb şagirdləri də qiymətli vəsaitdən istifadə edə bilərlər. "Ad oğrusunun adı" oxucular tərəfindən razılıqla qarşılanır.

Kitabda tarixin dərin qatlarında qalmış bir çox qaranlıq məsələlərin üzə çıxarılması oxucuda marağı daha da artırır. Uğurlu yaradıcılıq məhsulu üçün müəllifi təbrik edir, ona yeni nailiyyətlər arzulayırıq.  

Rəhilə MİSİRXANLI,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov