Təhsil
Nazirliyinin
SABAH
qruplarında
təhsil
alan
könüllülər
Gürcüstanın
Tbilisi
şəhərində
keçirilən
"Tbilisi-2015"
13-cü
Avropa
Gənclər
Olimpiya
festivalında
fəaliyyət
göstəriblər.
Avropanın
50 ölkəsindən
9
idman
növü
üzrə
yarışan
3800-dən
çox
idmançının,
Milli
Olimpiya
Komitələrinin
rəsmiləri
və
mütəxəssislərinin
iştirakı
ilə
keçirilən
festivala
"SABAHın
Könüllüsü"
proqramının
iştirakçısı
olan
5
könüllü
qatılıb.
Festival
zamanı
könüllülər
Atletlər
Kəndində
fəaliyyət
göstərib,
mətbuat
nümayəndələri,
qonaqlar,
Avropa
Olimpiya
Komitəsinin
üzvləri
və
idmançılar
ilə
ünsiyyətdə
olmaq
imkanı
qazanıblar.
Çoxmədəniyyətli
mühitdə
çalışan
gənclər
dost
qruplarında
işləyərək
idmançıların
çıxışlarının
canlı
şahidi
olub
və
ölkəmizi
təmsil
edən
idmançılara
dəstək
olublar.
Bundan
əlavə,
könüllülər
Avropa
Gənclər
Olimpiya
festivalının
açılış
və
bağlanış
mərasimlərində
iştirak
ediblər.
Festivalın sonunda fəaliyyət göstərən könüllülərin
təltifetmə mərasimi keçirilib. |