İyulun 31-də Həştərxanda, "Meçta" ("Arzu") uşaq
kafesində Heydər Əliyev Fondunun təşkilatçılığı,
Həştərxan vilayəti Beynəlxalq və Xarici İqtisadi
Əlaqələr Nazirliyi və Ümumrusiya Azərbaycanlılar
Konqresinin Həştərxan bölməsinin dəstəyi ilə çoxuşaqlı
ailələrin övladları - Heydər Əliyev adına 11 nömrəli
məktəbin nəzdində olan "Drujba" ("Dostluq") yeni uşaq
bağçasının uşaqları üçün bayram şənliyi təşkil olunub.
Tədbirdə uşaqlar üçün həştərxanlı animatorların iştirakı
ilə əyləncəli proqramlar təşkil edilib, həmçinin
uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim
olunub.
Qeyd edək ki, "Meçta" uşaq kafesi və "Drujba" uşaq
bağçası Heydər Əliyev Fondu tərəfindən Həştərxan
vilayətində həyata keçirilən müxtəlif genişmiqyaslı
layihələrdəndir. Bundan əlavə, Fond Heydər Əliyev adına
11 nömrəli məktəbə, "Drujba" uşaq bağçasına, "Meçta"
uşaq şəhərciyinə daim qayğı göstərir.
Təşkil olunan tədbir yerli KİV-lərin marağına səbəb olub.
Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri
D.A.Afanasyev tədbirdə iştirak edən jurnalistlərə
Həştərxan vilayəti ilə Azərbaycan arasında ikitərəfli
münasibətlərin cari vəziyyəti və perspektivi barədə
məlumat verib.
AZƏRTAC |