Gəncədə əməkdar məşqçi Firudin Həsənovun xatirəsinə
həsr edilmiş yunan-Roma güləşi üzrə xatirə turniri
keçirilib. “Təhsil” Respublika İdman Mərkəzindən
aldığımız məlumata görə, 12 şəhər və rayondan olan 160-a
yaxın idmançı əvvəlcə məşqçinin məzarını ziyarət edərək
üzərinə gül dəstələri düzüblər.
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialında
başlanan birincilikdə əsasən 8, 10, 13 və 14 yaşlı
yeniyetmə idmançılar iştirak ediblər. Maraqlı və gərgin
idman mübarizəsi şəraitində keçən yarışda medalların
sayına görə Gəncə pəhləvanları birinci, Mingəçevir
idmançıları ikinci, Beyləqan təmsilçiləri isə üçüncü
yerə çıxıblar. |