İsmayıllıda məktəblilər arasında velosiped üzrə
“Məktəbli kuboku” yarışı keçirilib. Azərbaycan Velosiped
İdmanı Federasiyası və İsmayıllı rayon Gənclər və İdman
İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda
hər birinin tərkibində 4 velosipedçi olmaqla 40 komanda
mübarizə aparıb.
Reqlamentə görə, komandalar Heydər Əliyev Mərkəzinin
qarşısından start götürməklə, 1 km-lik marşrut boyunca
estafet sistemi üzrə yarışıblar. Yarışın yekun
nəticəsinə görə, İsmayıllı Olimpiya İdman Kompleksinin
komandası bütün rəqiblərini üstələyərək birinci olub.
Rayonun 2 nömrəli orta məktəbinin komandası gümüş, 1
nömrəli orta məktəbin kollektivi isə bürünc medalla
kifayətlənib.
Qalib komandalar Azərbaycan Velosiped İdmanı
Federasiyası tərəfindən pul mükafatı, kubok, medal və
diplomla təltif olunublar. Qeyd edək ki, ötən ilin
dekabr ayından etibarən müxtəlif rayonlarda təşkil
olunan “Məktəbli kuboku” turnirləri bu ilin payızında
keçiriləcək ümumrespublika “Məktəbli kuboku” turnirinə
hazırlıq xarakteri daşıyır. |