Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ)
təşkilatçılığı ilə futbol üzrə “Sevinc” kuboku uğrunda
Bakı birinciliyi keçirilib. BŞGİBİ-dən aldığımız
məlumata görə, yarışda Bakının 11 rayonunu təmsil edən
komandalar yarışıb.
Birinci yaş qrupu üzrə (2002-2003-cü il təvəllüdlülər)
yarışın yarimfinalında Yasamal rayonunun məktəbliləri
2:0 hesabı ilə Xəzər rayonundan olan şagirdləri məğlub
ediblər. Suraxanı məktəbliləri isə binəqədili şagirdlərə
qalib gəliblər - 3:1. Beləliklə, Yasamal məktəbliləri
4:1 hesabı ilə birinci olublar. Üçüncü yer uğrunda isə
Xəzər rayonunun şagirdləri mübarizədən qalib ayrılıblar.
2004-2005-ci il təvəllüdlülər arasında yarışın
yarımfinalında isə Xətai rayonunun məktəbliləri
suraxanılı rəqiblərini 3:1, Nərimanov rayonunun
komandası isə 2:0 hesabı ilə Xəzər rayonunun
şagirdlərini məğlub ediblər. Nərimanov rayonunun
təmsilçiləri finalda Xətai rayonunun komandasını 1:0
hesabı ilə məğlub edərək qalib olublar. Üçüncü yerə isə
Suraxanı məktəblilərini məğlub edən Xəzər rayonunun
komandası çıxıb.
Qaliblərə kubok, xatirə hədiyyələri və diplomlar təqdim
edilib. |