Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və
yaddaqalan təşkili hər zaman Səbail Rayon İcra
Hakimiyyətinin diqqət mərkəzində olduğundan cari ilin
yay aylarında da bu istiqamətdə bir sıra tədbirlər
hazırlanıb həyata keçirilib.
Həmin tədbirlərdən biri Səbail Rayon İcra Hakimiyyəti
və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi
və "İstək" liseyinin iştirakı ilə artıq 10-cu dəfə
təşkil olunan lŞahinlər» yay istirahət düşərgəsinin
yaradılması olub. Artıq bütün təşkilati işlər başa
çatdırılıb və rayon icra hakimiyyətində düşərgəyə yola
salınacaq uşaqlar, onların valideynləri və bir sıra
ictimai təşkilatların rəhbərlərinin iştirakı ilə görüş
keçirilib. Görüşdə çıxış edən Səbail Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident cənab
İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam
böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan
dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması
istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu
istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıb.
Bildirilib ki, Quba şəhərindəki yay istirahət düşərgəsi
artq 10-cu ildir ki, təşkil olunur. Uşaqlar üçün xüsusi
geyim və forma, lazımi idman ləvazimatları alınıb,
düşərgə Daxili Qoşunlar Komandanlığı və " İstək"
liseyinin Quba filialı tərəfindən tələb olunan bütün
ləvazimatlarla təmin olunub. Düşərgədə yeniyetmələr
gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və
tərəvəz, süd məhsulları ilə təmin olunacaq. Bu il də
düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun
orta məktəblərində çalışan fiziki tərbiyə müəllimləri və
gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri, eyni
zamanda düşərgəyə təhkim olunmuş Daxili Qoşunların
zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul
olacaq, burada aparılacaq hərbi hazırlıq, təlim-tərbiyə
işlərində onlar yaxından iştirak edəcəklər. İstirahət
günlərində şagirdlərin Qubanın görməli yerlərinə,
meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri və
Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə tanışlığı
təşkil olunacaq. Diqqətə çatdırılıb ki, yeniyetmələrin
hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi
istiqamətində növbəti belə tədbir avqustun 17-də
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə
Qusar rayonunda təşkil olunacaq.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |