Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 İyul 2015 - №28

 

ADMİU 43-cü ümumdünya konfransında

 

Böyütmək üçün seçinAzərbaycan alimləri və xalq musiqiçiləri   Ənənəvi Musiqi üzrə Beynəlxalq şuranın 43-cü Ümumdünya konfransında uğurla  çıxış ediblər. Qeyd edək ki, Ənənəvi Musiqi üzrə Beynəlxalq  Şura (İCTM) YUNESKO ilə rəsmi konsultativ əlaqədədir. Bu şura müxtəlif mədəniyyətlərə malik xalqları birləşdirir, onlar arasında əlaqələr yaradır.

Beynəlxalq Şuranın ümumdünya konfransı 1948-ci ildən etibarən iki ildən bir keçirilir. Şura hər il ənənəvi musiqi ilə bağlı jurnal nəşr edir, müxtəlif konkret mövzulara həsr olunan kollokviumlar, seminarlar, "dəyirmi masa"lar təşkil edir.

Bu il ilk dəfə olaraq  ümumdünya konfransı MDB ölkələrindən birində - Qazaxıstanın paytaxtı Astanada keçirilib. Astanada yerləşən Qazaxıstan  Milli İncəsənət Universiteti qapılarını yüzlərlə qonağa açıb. İyulun 16-22-si arası keçirilən möhtəşəm konfransa  dünyanın 70 ölkəsindən 800-dən artıq  ekspert, alim, tədqiqatçı, musiqiçi qatılıb. 

Gün ərzində  paralel olaraq müxtəlif seksiyalarda 30-dan artıq sessiya keçirilib. Hər sessiyada 3-4 tədqiqatçının təqdimatı, filmlər nümayiş olunub, seminar, ustad dərsləri, "dəyirmi masa"lar təşkil edilib. Konfrans çərçivəsində TÜRKSOY tərəfindən təşkil olunan  Türk Xalqlarının Musiqi Festivalında   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr tələbələri  Ədalət Behbudov (tar), Pərviz Fərhadov (kamança)  və gənc, çox istedadlı xanəndə Aytən Məhərrəmovadan ibarət "Aypara" qrupunun ifası marağa səbəb olub, tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Musiqiçilərimiz bütün iştirakçıların istəyi ilə konfransın bağlanışına həsr olunan Qala konsertdə də çıxış edib. Onların ifasında səslənən muğam parçaları, təsniflər ümumdünya konfransına xüsusi rəng qataraq, dinləyicilərə xoş anlar və xoş təəssürat bağışlayıb. Tanınmış musiqişünaslar Sənubər Bağırova, Sürəyya Ağayeva ilə yanaşı, ADMİU-nun əməkdaşı, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralova da ümumdünya konfransında Azərbaycandan yeganə gənc alim olaraq çıxış edib. Onun Azərbaycan və İran muğam dəstgahlarının müqayisəli təhlili mövzusunda çıxışı tədqiqatçılar tərəfindən  böyük marağa səbəb olub. Konfransda çıxışlarına görə musiqiçilərimiz  diplomla təltif ediliblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov