Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
ali təhsil müəssisələrinə cari ilin məzunları
üçün II və III ixtisas qrupları üzrə keçirdiyi
qəbul imtahanının nəticələrini açıqlayıb.
İmtahanda II və III ixtisas qrupları üzrə
hərəsindən 3 abituriyent olmaqla 6 nəfər bütün
sualları düzgün cavablandıraraq maksimum nəticə
- 700 bal toplayıb. Aşağıda onları təqdim edirik. |
Lalə NOVRUZOVA
1998-ci ildə Cəbrayıl rayonunun Çullu kəndində
anadan olub.
Məcburi köçkün ailəsində dünyaya gələn Lalə
Biləsuvar rayonunda onlar üçün salınan 9 nömrəli
qəsəbədə yaşayır və burada 2015-ci ildə tam orta
məktəbi bitirib. Orta məktəbi yüksək qiymətlərlə
başa vuran Lalə özünə güvəndiyini və imtahanda
yüksək nəticə göstərəcəyinə əmin olduğunu
vurğulayıb.
Respublika fənn olimpiadalarında Azərbaycan
dili və ədəbiyyat üzrə ikinci yeri tutub. Sınaq
imtahanlarında müntəzəm olaraq yüksək bal
toplayan Lalə ali məktəblərə qəbul imtahanında
III qrup üzrə maksimum nəticə göstərib. O,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq
fakültəsinə daxil olmaq arzusundadır. Lalə ali
təhsilini bakalavr pilləsi üzrə ölkəmizdə,
magistratura pilləsi üzrə isə xaricdə almaq
arzusundadır. |
|
Elçin QASIMOV
1999-cu ildə Gəncə şəhərində anadan olub. Gəncə
şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Onunla
eyni vaxtda eyni məktəbin məzunu olan bacısı
Gülçin də bu il qəbul imtahanında II qrup üzrə
685 bal toplayıb. Elçin deyir ki, belə nəticə
gözləmirdim, çünki kodlaşdırmadan sonra 1-2
səhvim olacağını güman edirdim. Amma
nəticələr açıqlananda 700 bal topladığımı
gördüm və çox sevindim. Xaricdə təhsil üçün də
Dövlət Proqramına sənədlərimi vermişəm. Alınsa,
yəqin ki, Türkiyədə oxumağa gedəcəyəm. Arzum
gələcəkdə yaxşı iqtisadçı olmaqdır.
|
|
Əli İSGƏNDƏROV
1997-ci ildə Cəlilabad rayonunda anadan olub.
2015-ci ildə Xırdalan şəhəri
Bəxtiyar Cəfərov adına 3 nömrəli tam orta
məktəbi bitirib. Məktəbdə oxuyanda çoxlu fəxri
fərman alıb, əlaçı olub. Bildirir ki, II
ixtisas qrupu üzrə 700 bal toplayacağıma tam
əmin idim. Çünki sınaq imtahanlarında fəal
iştirak edirdim. Mənə qaranlıq qalan sualların
cavablarını müəllimlərimdən vaxtında
öyrənirdim. Mənim belə bir uğur qazanmağımda
müəllimlərimin zəhməti böyük olub. Ona görə
də mətbuat vasitəsilə valideynlərim adından
onlara minnətdarlığımı bildirirəm. Qaldı arzuma...
Mən "ADA" Universitetində oxumaq istəyirəm.
Məqsədim yaxşı mütəxəssis olmaqdır.
|
|
İbrahim ƏHMƏDOV
1998-ci ildə Bakı şəhərində anadan olub. 2015-ci
ildə Bakıdakı 214 nömrəli tam orta məktəbi
bitirib. XI sinifdə oxuyarkən respublika fənn
olimpiadasının bürünc medalını qazanıb. O
bildirir ki, II qrup üzrə imtahanda 700 bal
toplamaq asan məsələ deyil. Buna baxmayaraq,
hamı məndən bu nəticəni gözləyirdi və mənə
inanırdı. Çox şükür ki, ümidlərini də boşa
çıxarmadım. Sınaqlarda əsasən 670-690 arası bal
toplayırdım. Artıq bütün çətinliklər arxada
qalıb. Beynəlxalq münasibətlər ixtisası üzrə "ADA"
Universitetində təhsilimi davam etdirməyi
planlaşdırıram. Hələ ki, xaricdə oxumaq fikrim
yoxdur. Qazandığım bütün bu uğurlara görə
müəllimlərimə minnətdarlıq edirəm.
|
|
Xəyalə ƏFƏNDİYEVA
1998-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində
anadan olub. 2015-ci ildə həmin qəsəbədəki
tam orta məktəbin məzunu olub. Xəyalə özünə
güvənsə də, 700 bal toplayacağını gözləmədiyini
vurğulayıb. Bildirib ki, buraxılış imtahanlarını
əla qiymətlərlə verib. Orta məktəbdə oxuduğu
vaxtlarda Azərbaycan dili və ədəbiyyat fənni
üzrə olimpiadanın zona mərhələsində III yeri
tutub. Sənədlərini Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının hüquqşünaslıq fakültəsinə
verəcək. Amma xaricdə oxumaq barədə də
fikirləşir.
700 bal topladığı üçün çox sevinir. Qazandığı
nailiyyətlərə görə valideynlərinə və
müəllimlərinə minnətdarlığını bildirir.
Çalışacaq ki, onların etimadını həmişə
doğrultsun. |
|
Kamran ABDULRƏHİMOV
1997-ci ildə Kürdəmir rayonunda anadan olub.
Orta məktəbi Kürdəmir rayonunda VII sinfə qədər
oxuyub. VII-X siniflərdə təhsilini Ağdaş Türk
Liseyində davam etdirib. XI sinfi Türkiyə
Dəyanət Vəqfı-Bakı Türk Liseyində oxuyub. Orta
məktəbdə oxuduğu müddətdə keçən il Ağdaş Türk
Liseyində, bu il isə Türkiyə Dəyanət Vəqfı-Bakı
Türk Liseyində hazırlıq keçib. III qrup üzrə
yüksək nəticə göstərəcəyinə əmin olsa da, 700
bal toplamağı gözləmirmiş. Sınaq imtahanlarından
maksimum 682 bal toplayırmış. Sənədlərini Bakı
Dövlət Universitetinin hüquq fakültəsinə vermək
istəyir. Arzusu savadlı hüquqşünas olmaqdır.
|