İyulun 27-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan
Rodrigo Labardini Flores Azərbaycan Dövlət Neft
Akademiyasında (ADNA) olub. Səfiri ADNA-nın rektoru
vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov
qəbul edib.
Vaqif Qurbanov səfirə akademiya barədə məlumat verib.
Görüşdə ADNA ilə Meksikanın təhsil müəssisələri arasında
əməkdaşlığın, tələbə-müəllim mübadiləsinin inkişaf
etdirilməsi və sair məsələlərlə bağlı bir sıra təkliflər
irəli sürülüb. Səfir beynəlxalq məsələlər üzrə prorektor,
dosent Rafiq Camalovun müşayiəti ilə Tarix Muzeyi ilə
tanış olub, fəxri qonaqlar üçün ayrılmış kitaba öz ürək
sözlərini yazıb. Sonda Meksika səfirinə ADNA-nın
tarixini, bu gününü özündə əks etdirən kitab hədiyyə
edilib.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |