İyulun
31-də təhsil naziri Mikayıl Cabbarov Oğuz şəhərindəki
Olimpiya İdman Kompleksində Oğuz, Şəki, Qax, Zaqatala,
Balakən və Qəbələ rayonlarında yaşayan vətəndaşları
qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci
ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda
vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş
yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə
dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin
tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin
bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil
haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət
ediblər.
Qəbulda 45 vətəndaşın müraciəti dinlənilib və əksər
məsələlər yerindəcə həllini tapıb. Bir sıra
müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına
tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə
müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və
nəzarətə götürülüb. |