Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr
tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali
təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları"nın müvafiq bəndinin tələblərinə uyğun olaraq
Azərbaycan Dövlət Aqrar Universitetində 2015-ci ilin
iyulun 20-dən ödənişli əsaslarla yay semestri başlayıb.
Yay semestri akademik borcların ləğvi, seçmə fənlərdən
kreditlərin qazanılması, müvəffəqiyyət qazanılan fəndən
qiymətin yüksəldilməsi, habelə universitetin təklif
etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi
tələbələrinə müvafiq kreditlərin qazanılmasına şəraitin
yaradılması məqsədi ilə təşkil olunur. 2015-ci il
avqustun 22-dək davam edəcək semestrdə ADAU-nun
tələbələri ilə yanaşı, Gəncə Dövlət Universitetinin,
Qafqaz Universitetinin, habelə Litva Respublikasının
Vytautas Universitetinin tələbələri akademik borclarını
ləğv etmək məqsədilə iştirak edirlər. Bu isə Bolonya
prosesinin tələblərinə uyğun olaraq Avropa Kredit
Transfer Sisteminin (AKTS) tətbiqinə, tələbələrin
mobilliyinə əlverişli zəmin yaradır. |