Bakı Dövlət Universitetində (BDU) "Qaz qarışıqlarının
ayrılması üçün qrafen saxlayan polimer membranların
sintezi" adlı qrant layihəsi həyata keçiriləcək.
Bakı Dövlət Universiteti və Almaniyanın müvafiq tədqiqat
mərkəzi tərəfindən yerinə yetiriləcək qrant layihəsi
üzrə iş bu ilin oktyabrında başlanacaq və 2016-cı ilin
martında başa çatacaq.
Layihənin məqsədi nanoölçülü məsamələrə malik polimer
membranların sintezi və onların müxtəlif qaz
qarışıqlarının ayrılması üçün tətbiqidir.
AZƏRTAC |