Azərbaycan Dövlət İqtisad Universitetinin əcnəbi
tələbələri bu ali məktəblə London Universitetinin ikili
diplom proqramına qoşulmaq imkanı qazanacaqlar. Bununla
da əcnəbi tələbələr ADİU ilə bərabər London
Universitetinin bakalavr diplomunu əldə edə
biləcəklər.
Proqramda iştirak edəcək əcnəbi tələbələr London
Universitetinin tədris proqramı əsasında təhsil alacaq
və nüfuzlu təhsil ocağının tədris resurslarından
istifadə edə biləcəklər. Tələbələr təhsil aldıqları
müddətdə London İqtisadiyyat Məktəbinin Londonda
yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbində
iştirak etmək imkanı da qazanacaqlar. |