İyulun 21-də ümumi təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin
test imtahanları başlayıb.
21-29 iyul 2015-ci il tarixlərində aparılacaq imtahanlar
Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris
binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən
Əliyev küçəsi 135) keçiriləcəkdir.
Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə
24437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan
21795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət
edənlərin böyük əksəriyyəti ibtidai sinif
müəllimləridir.
Elektron ərizə verənlərin fənlər üzrə təsnifatına görə,
6440 nəfər (29,54 faiz) ibtidai sinif, 2971 nəfər (13,63
faiz) Azərbaycan dili və ədəbiyyat, 2354 nəfər (10,80
faiz) ingilis dili, 1916 nəfər (8,79 faiz) riyaziyyat,
1260 nəfər (5,78 faiz) tarix, 1152 nəfər (5,28 faiz)
informatika, 974 nəfər (4,46 faiz) fiziki tərbiyə, 954
nəfər (4,37 faiz) coğrafiya, 804 nəfər (3,68 faiz)
biologiya, 778 nəfər (3,56 faiz) fizika, 665 nəfər (3,05
faiz) kimya, 475 nəfər (2,17 faiz) texnologiya, 289
nəfər (1,32 faiz) təsviri incəsənət, 211 nəfər (0,96
faiz) musiqi, 180 nəfər (0,82 faiz) rus dili, 151 nəfər
(0,69 faiz) rus dili və ədəbiyyatı, 118 nəfər (0,54
faiz) fransız dili, 103 nəfər (0,47 faiz) alman dili
müəllimidir.
Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər
aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə
351 yer (10,14 faiz), Cəlilabad rayonu üzrə 202 yer
(5,83 faiz), Laçın rayonu üzrə 180 yer (5,20 faiz), Quba
rayonu üzrə 172 yer (4,96 faiz), Lerik rayonu üzrə 165
yer (4,76 faiz).
Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti
(19911 nəfər, 91,36 faiz) 35 yaşadək gənclərdir.
Namizədlərin 1661 nəfəri (7,62 faiz) 35-50 yaş, 223
nəfəri (1,02 faiz) 50-65 yaş arasındadır. |