Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

Xaricdə təhsil alan gənclərin təhsil haqlarının ödənilməsi qaydalarında dəyişiklik edilib

 

Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydalarında dəyişiklik edilib.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin funt-sterlinqlə verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"nda dəyişiklik edilib.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası və bu çərçivədə təhsil alan tələbələrin ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün onların maddi təminatı daim Təhsil Nazirliyinin diqqət mərkəzində saxlanılır.

Son dövrdə Avropa ölkələrində baş verən maliyyə böhranı nəticəsində avronun məzənnəsində müşahidə olunan dəyişikliklər Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərimizin maddi vəziyyətinə də mənfi təsir göstərib. Tələbə və valideynlər tərəfindən Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlər də nəzərə alınmaqla, 2015-2016-cı tədris ilindən etibarən Böyük Britaniyada təhsil alan tələbələrin aylıq təqaüdlərinin keçmişdə olduğu kimi avro ilə deyil, funt-sterlinqlə verilməsi barədə sözügedən Qaydalarda Təhsil Nazirliyi və Dövlət Neft Fondunun birgə vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 268 nömrəli 21.07.2015-ci il tarixli Qərarı ilə dəyişiklik edilib.

Bu addım, Böyük Britaniyada Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin təqaüdlərinin gələcəkdə son dövrlər avro məzənnəsində baş verən dəyişikliklərdən qorunmasını təmin edəcəkdir.

Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan sonra Azərbaycanın gələcək inkişafı və xalqımızın rifahı naminə aparılan islahatlarda öz töhfələrini verəcəklər. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov