Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)
rektoru, professor Cəfər Cəfərov Polşanın antiplagiat
şirkətinin Bakı ofisinin direktoru Əli Təhməzovla
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə C.Cəfərov 2002-ci ildə
Polşada yaradılan antiplagiat şirkəti elmi nəşr
müəlliflərinin, bakalavr və magistratura pilləsinə daxil
olmaq istəyən abituriyentlərin, həmçinin ali məktəb
tələbələrinin pdf. formatında yazdıqları mətnlərin
orijinallığını təsdiqləməklə köçürmənin qarşısını
almaqda maraqlı olduğunu söyləyib. Fərdi düşüncə,
qabiliyyət və dəqiqliyi vəzifə öhdəliyinin şərtlərinə
uyğun olaraq başlıca məqsəd kimi qarşıya qoyan qurumun
fəaliyyətindən Almaniya, Rumıniya, Polşa, Qazaxıstan və
digər ölkələrin 200-dən çox təşkilatının faydalandığı
bildirilib.
Rektor diqqətə çatdırıb ki, rəhbərlik etdiyi ali təhsil
ocağı fəaliyyətə başlamasının 10 illiyi ərəfəsində
"Xidmətin göstərilməsi üzrə" müqaviləni dəstəkləyir və
görüş çərçivəsində təsdiqləmək niyyətindədir.
Sonra ATMU ilə antiplagiat şirkəti arasında "Xidmətin
göstərilməsi üzrə" müqavilə imzalanıb.
Sənədi C.Cəfərov və Ə.Təhməzov imzalayıblar.
Qeyd edək ki, Polşanın antiplagiat şirkətinin
Azərbaycandakı filialı cari ilin aprelindən fəaliyyət
göstərir. |