* İyulun 24-də Azərbaycan Resrublikasının Prezidenti
İlham Əliyev Mingəçevir Dövlət Universitetinin
yaradılması barədə sərəncam imzalayıb.
* İyulun 24-də Azərbaycan Resrublikasının Prezidenti
İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun
Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və
"Azərbaycan Resrublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında" Azərbaycan Resrublikası
Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
* Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyev
iyulun 24-də Çingiz Mansur oğlu Əliyevin Azərbaycan
Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi
haqqında sərəncam imzalayıb.
* İyulun 17-də dövlət başçısı İlham Əliyev dini tarix və
mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər
haqqında sərəncam imzalayıb.
* İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğana Şanlıurfa vilayətinin Suruç rayonunda
törədilmiş terror aktı nəticəsində çoxsaylı insan
tələfatı ilə əlaqədar başsağlığı verib.
* Ölkə başçısı İlham Əliyev iyulun 21-də gənc
istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında
sərəncam imzalayıb.
* Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də
mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin
davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
* İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və ölkəmizə rəsmi səfərə gəlmiş Avropa
İttifaqı Şurasının prezidenti Donald Tuskun geniş
tərkibdə görüşü olub. Həmin gün dövlətimizin başçısı
ilə Avropa İttifaqı Şurası prezidentinin birgə mətbuat
konfransı keçirilib. İlham Əliyev və Donald Tusk
konfransda bəyanatlarla çıxış ediblər.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 23-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul
edib.
* Dövlət başçısı İlham Əliyev iyulun 23-də Cənubi
Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII
Ümumdünya Yay Universiadasında Azərbaycan
Respublikasının idmançıları və onların məşqçiləri üçün
yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi
haqqında sərəncam imzalayıb. |