Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyul 2015 - №27

 

Ölkə Prezidenti jurnalistləri mükafatlandırdı

 

Böyütmək üçün seçinMükafatlandırılanlar arasında qəzetimizin baş redaktoru Bayram Hüseynzadə də var 

Ölkəmizdə Milli Mətbuat Gününün təntənə ilə qeyd olunması artıq çoxdan xoş bir ənənəyə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan həmin ənənəyə uyğun olaraq jurnalistlərin peşə bayramı bu il də yüksək səviyyədə keçirildi. Builki bayram həm də milli mətbuatımızın 140 illiyinin qeyd edilməsi ilə əlamətdar oldu. Ölkə həyatında, cəmiyyətin inkişafında, demokratiyanın təşəkkülündə mətbuatın roluna böyük önəm verən, KİV-lərə və media nümayəndələrinə xüsusi diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında"  2 iyun 2015-ci il tarixli sərəncamına əsasən yubiley ərəfəsində ölkəmizdə çoxsaylı bayram tədbirləri keçirildi, jurnalistlərin böyük bir dəstəsi Prezident tərəfindən müxtəlif orden və medallarla, fəxri adlarla mükafatlandırıldı. Yubiley təntənələrini xüsusilə əlamətdar edən hadisələr isə Azərbaycan Prezidentinin  Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü, bu görüşdəki proqram əhəmiyyətli nitqi, eləcə də əvvəlki yubileylərə nisbətən daha çox sayda KİV nümayəndəsini mükafatlandırması oldu. Belə ki, ölkə başçısının bu barədəki  sərəncamlarına əsasən kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə 1 nəfər 2-ci dərəcəli "Vətənə xidmətə görə", 4 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 91 nəfər "Tərəqqi" medalı ilə təltif edildi, 2 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, 44 nəfərə "Əməkdar jurnalist", 17 nəfərə "Əməkdar mədəniyyət işçisi" fəxri adları verildi, 21 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olundu. "Əməkdar jurnalist" fəxri adı alanlar arasında "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə də var.

Ümumiyyətlə, bütün çoxsaylı KİV orqanları kimi, "Azərbaycan müəllimi" qəzeti də dövlətimizin böyük diqqət və qayğısını daim hiss edir. Belə ki, təkcə son illər ərzində qəzetimizin 3 əməkdaşı "Əməkdar jurnalist" fəxri adına, 3 əməkdaşı "Tərəqqi" medalına layiq görülüb, 2 əməkdaşa isə mənzil verilib.

Milli mətbuatımızın 140 illik yubileyi münasibəti ilə mükafat alanların hər birini təbrik edir, onlara daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov