Qazax rayonunda Samux və Qazax şəhər musiqi
məktəblərinin kollektivləri arasında "Vətənimizi tanıyaq
və tanıdaq" devizi altında görüş keçirilib. Əvvəlcə ulu
öndər Heydər Əliyevin əziz xatirəsi anılıb və abidəsi
önünə gül-çiçək dəstələri düzülüb. Qazax Rayon Təhsil
Şöbəsindən məlumat verilir ki, Samux rayonundan gələn
qonaqlar Qazaxdakı Heydər Əliyev Mərkəzi, Gənclər
Mərkəzi, Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq
Muzeyi, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin
xatirə muzeyləri ilə tanış olublar. Muzeylərlə tanışlıq
qonaqlarda zəngin təəssüratlar və xoş əhvali-ruhiyyə
yaradıb.
Sonra Qazaxdakı Ədəbiyyat Muzeyində hər iki rayonun
musiqi məktəblərinin birgə konserti təşkil olunub.
Maraqlı konsert proqramı tamaşaçılara xoş ovqat bəxş
edib.
Görüş iştirakçıları Avey dağ mağaralarındakı qədim insan
yaşayış məskənləri və Damcılı düşərgəsində də olublar.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |