Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Məzunlara diplomlar təqdim olunub

 

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidmətinin ilkin təlimlərinə yekun vurulub. Bu münasibətlə Heydər Əliyev Mərkəzində təlimləri bitirən məzunların əl işləri və iştirakçılar tərəfindən tikilən geyimlərin sərgisi təşkil olunub. Tədbirdə çıxış edənlər cari ilin fevralından fəaliyyətə başlayan Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidmətinin yaranma zərurətindən danışıb, görülən işlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, xidmətin ilk buraxılış mərhələsində tikiş, toxuculuq, kompüter, ingilis və rus dilləri kurslarından ümumilikdə 50 nəfər həssas qrupdan olan qadın və aztəminatlı ailələrin övladları ödənişsiz əsaslarla faydalanıb.  Qeyd edilib ki, sentyabr ayından təlimlərin ikinci mərhələsinə başlanılacaq.  Burada əlavə olaraq xalçaçılıq və çörək-qənnadı kursları da fəaliyyət göstərəcək.

Sonra əl işlərinə baxış keçirilib, məzunlara diplomlar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov