Azərbaycan Dövlət Aqrar Universitetində çalışan gənc
müəllimlərlə görüş keçirilib.
Universitetdən məlumat verilib ki, təhsil ocağında
çalışan 40 yaşadək müəllimlərin elmi-pedaqoji
fəaliyyətlərinin stimullaşdırılması, onların sosial
problemlərinin həlli, elm və tədrisdə yeni metodların
tətbiqi yollarının müzakirə edilməsi məqsədilə keçirilən
görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü
İbrahim Cəfərov çıxış edərək ölkəmizdə həyata keçirilən
gənclər siyasətindən, xüsusilə elmlə məşğul olan
gənclərə göstərilən dövlət qayğısından və bu sahədə
qazanılan uğurlardan danışıb.
İşgüzar və maraqlı fikir mübadiləsi şəraitində keçən
görüşdə mövcud problemlərdən, onların həlli yollarından
da geniş söz açılıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |