Azərbaycan Dövlət İqtisad Universitetində Əlilliyi olan
Tələbələr üçün Mərkəz yaradılıb.
Mərkəzin əsas məqsədi əlil tələbələrin təhsil
imkanlarının artırılmasından və təhsilə tam inteqrasiya
edilməsindən ibarətdir. Mərkəz fiziki məhdudiyyətli
insanların ali təhsilə cəlb olunması, onların təhsilinə
mane olan məhdudiyyətlərin aradan qaldırlması və həmin
tələbələrin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi
istiqamətində maarifləndirmə işlərini həyata keçirəcək.
Həmçinin, eyni profilli mərkəzlər ilə təcrübə
mübadiləsinin həyata keçirilməsi və cəmiyyətin müxtəlif
təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin
aparılması ilə məşğul olacaq.
Mərkəz "Xüsusi qayğıya ehtiyacı olan insanların
Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə
fondun yaradılması" TEMPUS (ESFİDİP) Layihəsi
çərçivəsində yaradılıb və fəaliyyəti müxtəlif ianələr,
proqramlar və layihələr tərəfindən də dəstəklənir.
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi" |