Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Təhsil Problemləri İnstitutunda müdavimlərə sertifikatlar verildi

 

Böyütmək üçün seçinİyulun 13-də Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda Təhsil Texnologiyaları Mərkəzinin "Müəllimlərin peşəkar hazırlığı" mövzusunda təlim kursunun müdavimlərinə sertifikatların verilməsi ilə bağlı tədbir keçirilib.

 İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq kursu müvəffəqiyyətlə bitirən müdavimləri təbrik edib. Q.Novruzov qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda ikinci əsas strateji istiqamət olan təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi diqqət mərkəzindədir. Müəllimlərin peşəkar inkişafına dəstək verərək səriştəli, təcrübəli təhsilverəni formalaşdırmaq mümkündür.  Səriştəli, təcrübəli təhsilverən innovativ metodları təhsil prosesində səmərəli tətbiq edərək, təhsilalanların istedadını üzə çıxarır, inkişafını izləyir və həyati bacarıqları formalaşdırır.

Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində təşkil olunmuş "Müəllimlərin peşəkar inkişafı", "Müəllimlərin işə qəbulu" mövzusunda təlim kursları da səriştəli  təhsilverənlərin hazırlığı ilə məşğuldur. Təlimlər Təhsil Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənov, Əlavə təhsilin kurikulumu şöbəsinin müdiri Afaq Əliyeva, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri İlham Cavadov, Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri Asif Hacıyev, elmi məsləhətçi Nərminə Məmmədova və institutun digər əməkdaşları tərəfindən aparılıb.

Sonra institutun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov çıxış edərək müdavimlərin təlim zamanı aldıqları biliklərin  onların  nəzəri-elmi və metodiki biliklərini daha da dərinləşdirdiyini və İKT-dən istifadə bacarıqları formalaşdırdığını bildirib.  

Müəllimlik sənətinin müqəddəsliyindən bəhs edən Ə.Abbasov qeyd edib ki,  müəllimin məktəbdə əsas sima olması şübhəsizdir. Müəllim şagirdə yanaşma zamanı pedaqoji və psixoloji bilik və bacarıqlara, sosial vərdişlərə malik olmalıdır.

Ölkə təhsil sisteminin inkişafı üçün növbəti 10 il müddətinə  müəyyən olunan hədəflər arasında müəllim peşəkarlığının yüksəldilməsi məsələsinə xüsusi yer verilməsi də müəllimin məktəbdə oynadığı müstəsna roldan irəli gəlir.  

 Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev  müdavimlərə öz  üzərlərində  müstəqil surətdə işləməyi tövsiyə edib. 

Təlim kursunu bitirmiş müdavimlər kurikulum, fəal təlim, məntiq və ixtisasla bağlı bilik və bacarıqların mənimsədilməsini özündə ehtiva edən təlimin məzmunundan və təşkilindən razılıqlarını deyərək, bu təlimlərin vacibliyini vurğulayıblar. Bildiriblər ki,  təlim nəticəsində müdavimlər özünü bir müəllim kimi kəşf edir və bununla bağlı şəxsi və peşə keyfiyyətlərini inkişaf etdirir, yaxşı müəllim olmağa çalışır və özündə etik normalara əsaslanan davranış tərzi formalaşdırır, öz təcrübəsinə tənqidi münasibət bəsləməyə, işinə və şəxsi inkişafına məsuliyyətlə yanaşmağa başlayır.

 Tədbirin sonunda  müdavimlərə sertifikatlar təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov