Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 İyul 2015 - №26

 

Rəsmi xronika

 

* İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 * İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 * Ölkə başçısı İlham Əliyev iyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

 * İyulun 14-də  dövlət başçısı  İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 * Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də  "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik  edilməsi  barədə" Azərbaycan  Respublikasının 2015-ci il 29 may tarixli 1302-IVQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb. 

* İyulun 14-də  ölkə başçısı  İlham Əliyev  "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. 

* Prezident İlham Əliyev iyulun 14-də  "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın  təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin  2003-cü il 27 sentyabr  tarixli 935 nömrəli Fərmanında  dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

* İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında  fərman  imzalayıb.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov