Strasburqda keçirilən yeniyetmə taekvondoçular arasında
Avropa çempionatının ilk günü Azərbaycanın yığma
komandası üçün uğurlu olub.
Yarışın ilk günündə millimizin üzvlərindən mübarizəyə
başlayan Bəhruz Quluzadə (37 kq) qızıl, Sevda
Pirseyidova (37 kq) gümüş, Ziya Xəlilov (41 kq) isə
bürünc medallara layiq görülüb.
Bəhruz Quluzadə finalda ukraynalı rəqibi Boqdan Tixonovu
8:1 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Sevda
Pirseyidova isə həlledici görüşdə türkiyəli Melek Polata
4:14 hesabı ilə məğlub olaraq yarışı gümüş medalla başa
vurub. Ziya Xəlilov isə yarımfinalda belaruslu rəqibi
Aleksey Liaukouya məğlub olaraq bürünc medalla
kifayətlənməli olub.
Azərbaycan Avropa çempionatında ümumilikdə 18
taekvondoçu ilə təmsil olunur.
Milli komandamız iyulun 5-dək keçirilən yarışa baş
məşqçi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi
Sənan Həşimovun rəhbərliyi ilə qatılıb.
AZƏRTAC |