Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Şahmatçılarımız komanda hesabında üçüncü olublar

 

Konyada 7-17 yaşlı məktəblilər arasında keçirilən şahmat üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, gənc zəka ustalarımız son turda da inamlı çıxış edərək 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

Çempionatda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İngiltərə, Finlandiya, Bolqarıstan, Rumıniya və Moldovadan ümumilikdə 670 şahmatçı mübarizə aparıb. Ölkəmizi müxtəlif yaş qruplarında 35 şahmatçı təmsil edib.

Qaliblərə Avropa Şahmat İttifaqının kubokları, medallar və qiymətli hədiyyələr təqdim olunub.  Çempionatda 9 yaşadək oğlanların yarışında Suleyman Suleymanlı 9 oyunda aktivinə 7,5 xal yazaraq qızıl medal qazanıb.  Yarışda 13 yaşadək oğlanların mübarizəsində Kənan Qarayev 7 xalla gümüş medala sahib olub.

Həmçinin 11 yaşadək oğlanların yarışında Xəzər Babazadə 7 xalla üçüncü yeri tutub. Aytac Heydərova isə 6,5 xalla 13 yaşadək qızlar arasında bürünc medal qazanıb. Ölkəmizə üçüncü bürünc medalı 15 yaşadək qızların yarışında mübarizə aparan Nərmin Kərimzadə qazandırıb.

Komanda hesabında Azərbaycan idmançıları Türkiyə və Rusiyadan sonra üçüncü yerdə qərarlaşıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov