Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Stolüstü tennis üzrə respublika təsnifat turnirinə yekun vurulub

 

İyulun 3-də "Şüa" idman-sağlamlıq kompleksində 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı oğlanlar və qızlar arasında stolüstü tennis üzrə respublika təsnifat turniri başa çatıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, yarışlarda Bakı, Sumqayıt, Şirvan, Şabran, Salyan və Şəkidən 31 oğlan və 17 qız idmançı iştirak edib.  Yarış ölkəmizdə idmanın bu növünün inkişafına töhfə vermək, güclü potensiala malik gənc tennisçiləri müəyyənləşdirmək məqsədi daşıyıb. İkigünlük turnirdə oğlanlar arasında Fəxri Abdullayev ("Lokomotiv" İSM) birinci olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Kənan Pənahov və Emin Məmmədov (hər ikisi 7 nömrəli Bakı tennis məktəbi) tutublar.

Qızların yarışında isə ilk üç yerdə Zemfira Mikayılova və Nigar Əhmədova (hər ikisi "Neftçi" idman klubu), eləcə də Tərgül Qasımova (Şabran) qərarlaşıblar.  Qaliblərə və mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və qiymətli hədiyyələri təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov