Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Azərbaycan cüdoçuları medalların sayını artırıblar

 

Azərbaycan cüdoçusu Hüseyn Rəhimli tələbələrin 28-ci Yay Universiadasında bürünc medal qazanıb. Bu, Azərbaycan idmançılarının Koreya Respublikasının Kvancu şəhərində keçirilən universiadada qazandıqları ilk medaldır.

Hüseyn Rəhimli (73 kq) ilk görüşdə 1/16 final mərhələsində yapon rəqibi Yuji Yamamotoya cərimə xalları ilə məğlub olub. Rəqibinin yarımfinala çıxması cüdoçumuza bürünc medal uğrunda mübarizəni davam etdirmək imkanı yaradıb. Bu imkandan uğurla istifadə edən Hüseyn Rəhimli təsəlliverici görüşlərdə Eduard Nikolaeskuya (Rumıniya), Vaçlav Sedmidubskiyə (Çexiya Respublikası), İqor Pereyraya (Braziliya) və Kamoliddin Rasulova (Özbəkistan) qalib gələrək bürünc medal uğrunda döyüşmək hüququ qazanıb. İdmançımız həmin görüşdə rusiyalı Zelimxan Ozdoev ilə qarşılaşıb. Gərgin idman mübarizəsində keçən görüşdə cüdoçumuz ipponla təmiz qələbə qazanaraq universiadanın üçüncüsü olub.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov