Bolqarıstanın
paytaxtı Sofiyada yeniyetmələr arasında cüdo üzrə Avropa
çempionatında Azərbaycan millisi üç medal qazanıb.
Yarışın ilk günündə 40 kiloqram çəki dərəcəsində
mübarizə aparan cüdoçumuz Şəhanə Hacıyeva ukraynalı Alla
Bexeba və Böyük Britaniya təmsilçisi Cemi Leq Vaytakerə
qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda
görüşdə rumıniyalı Lidiya Marini məğlub edərək Avropa
çempionu adını qazanıb.
Digər cüdoçumuz Zelim Kotsoyev (90 kq) bütün rəqiblərinə
qalib gələrək finala yüksəlib. Həlledici görüşdə
gürcüstanlı Zaura Kençatdzeni məğlub edən cüdoçumuz
fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İsmayıl
İbrahimov (60 kq) isə yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda 41 ölkədən 469 cüdoçu birincilik
uğrunda mübarizə aparıb. |