Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Azərbaycanın ali məktəbləri beynəlxalq akkreditasiyadan keçib

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) MBA Departamenti İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna (EFMD) və həmin fondun Qlobal şəbəkəsinə (EFMD Qlobal) tam üzvlüyə qəbul edilib.

Bu, ADİU üçün biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrant mübadiləsinə, akademik əməkdaşlığa və dünyanın qabaqcıl universitetləri ilə qarşılıqlı əlaqələrin inkişafına geniş imkanlar yaradır.

81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes və dövlət qurumlarının birləşdiyi EFMD idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, qabaqcıl təcrübə mübadiləsi, iqtisadiyyat təmayüllü təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır.

EFMD dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, biznes təhsili proqramlarının, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqramlarının qiymətləndirilməsi üzrə akkreditasiya xidmətlərini həyata keçirir.

İsveçrənin Cenevrə şəhərində yerləşən EFMD Qlobal isə Avropa və digər regionlarda 700-dən çox üzvü olan biznes məktəbləri, universitetlər və şirkətlər şəbəkəsidir.

Eləcə də ilk dəfə olaraq, Azərbaycan Texniki Universitetinin 4, Sumqayıt Dövlət Universitetinin 3 və Dövlət Neft Akademiyasının 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatı ilə təmin edilib.

Seçilmiş üç ali məktəbin beynəlxalq akkreditasiyadan keçirilmiş ixtisasları aşağıdakılardır:

Bakalavr təhsili:

a) Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası);

b) Elektroenergetika mühəndisliyi;

Magistr təhsili:

a) Proseslərin avtomatlaşdırılması;

b) Elektroenergetika;

c) Neft sənayesi enerji menecmenti;

d) Kimya sənayesi enerji menecmenti.

Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmun Avropanın aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara uyğun hazırlanıb.

Akkreditasiyanı təsdiq edən sertifikatlar iyul ayının 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov