Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Bakı Slavyan Universiteti yeni əməkdaşlığa imza atıb

 

Böyütmək üçün seçinRusiya Federasiyasının prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Volqoqrad filialının direktoru Tyumençev İqor Aleqoviçin başçılıq etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində olub. Görüş zamanı BSU-nun yaranma tarixi və fəaliyyəti barədə məlumat verən rektor, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsində mövcud olan mərkəzlər, fakültə və ixtisaslar, bu istiqamətdə kadr hazırlığı haqqında qonaqları məlumatlandırıb. Bildirilib ki, digər slavyan dilləri ilə yanaşı, BSU-da rus dili və ədəbiyyatı, rusiyaşünaslıq, tərcümə və başqa sahələr üzrə mütəxəssis hazırlanır, fundamental elmi tədqiqatlar aparılır. BSU-nun ölkəmizdə rus dili və ədəbiyyatı üzrə tədris və elmi araşdırmaların mərkəzi olduğunu deyən Asif Hacıyev "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının fəaliyyətindən danışıb. 200 ildən çox İsmayıllı rayonunun İvanovka kəndində kompakt şəkildə yaşayan molokan icması barədə söhbət açan rektor qeyd edib ki, onlar bu gün də öz mədəniyyət və adətlərini, kolorit və folklorlarını qoruyub saxlayıblar. BSU-nun müəllim və tələbələri mütəmadi olaraq İvanovka kəndində folklor təcrübəsində olur, toplanmış folklor nümunələri kitab halında çapa hazırlanır.

Görüşdə Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası və Bakı Slavyan Universiteti arasında əməkdaşlıq barədə saziş imzalanıb. BSU-nun yüksək səviyyədə inkişafından razı qalan qonaqlar müqavilənin hər iki tərəf üçün gələcəkdə əhəmiyyətli olacağını vurğulayıblar. Qeyd edək ki, imzalanmış müqavilədə birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin - konfransların, seminarların, simpoziumların, kollokviumların təşkili, müştərək elmi məqalə məcmuələrinin hazırlanması və nəşr olunması, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təmin olunması, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.

BSU ilə tanışlıq zamanı qonaqlar burada fəaliyyət göstərən Rusiya tədris və mədəniyyət, o cümlədən Sankt-Peterburq şəhərinin, Belarus, Polşa və digər slavyan dövlətlərinin mərkəzlərində olublar. Moskva meriyasının dəstəyi ilə universitetdə yaradılan Moskva Mərkəzi və rus dilində ədəbiyyatdan ibarət geniş kitabxana nümayəndə heyətinin üzvlərində böyük marağa səbəb olub. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov