Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

Təhsil Problemləri İnstitutunda növbəti Elmi Şura

 

Böyütmək üçün seçinAzərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. TPİ-nin direktoru Qulu Novruzov tədbiri giriş sözü ilə açaraq   Azərbaycanın son ayda qazandığı  ən böyük uğurlarından biri olan "Bakı-2015" birinci Avropa Oyunlarının əhəmiyyətindən geniş danışıb. O, bu oyunlar zamanı Prezident İlham Əliyevin  və   "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini yüksək dəyərləndirərək vətənimizin nüfuzunun dünyada daha da yüksəlməsindən söhbət açıb.

Sonra TPİ-nin direktor müavinləri Ənvər Abbasovun, Rəfiq  Qəndilovun, Peşə ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərovun yarımillik hesabatları, yarım ildə görülmüş işlər və təşkil edilmiş tədbirlər barədə məruzələri dinlənilib. İclasın gedişində 2014-cü ildə elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul olunmuşların dissertasiya mövzularının müzakirəsi və təsdiqi, xarici ölkə vətəndaşlarının dissertantura və doktoranturada təhsilalma formalarında və dissertantura və doktorantura yolu ilə təhsil alanların illik təhsil haqlarında dəyişikliklər barədə institutun elmi katibi Akif Abbasov və  Elmi pedaqoji kadr hazırlığı şöbəsinin müdiri Hümeyir Əhmədov məlumat veriblər. Pedaqogika üzrə elmlər doktoru proqramı üzrə dissertasiyaların müdafiəyə təqdim edilməsi ilə bağlı da müzakirələr aparılıb.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan institutun gənc əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.  

TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov