İyulun 10-da Təhsil Nazirliyində mövcud qanunvericiliyin
tələblərinə uyğun olaraq çalışmanın yaş həddinə çatmış
məktəb direktorları ilə görüş keçirilib. Təhsil naziri
Mikayıl Cabbarov ölkəmizin təhsil sisteminə uzun illər
ərzində verdikləri dəyərli töhfələrə görə onlara Təhsil
Nazirliyi və Hökumətimiz adından təşəkkürlərini bildirib.
Sonra nazir fəaliyyətləri dövründə yüksək peşəkarlıq
göstərmiş təhsil işçilərinin təcrübəsindən bundan sonra
da yararlanmaq üçün yeni mexanizmlərin hazırlanması ilə
bağlı Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə
tapşırıqlar verib.
Tədbirdə çıxış edən ayrı-ayrı təhsil işçiləri onlara
göstərilən bu yüksək diqqətə görə nazirə
minnətdarlıqlarını bildiriblər. Sonra nazir ölkə
təhsilinin indiki vəziyyəti, gələcək perspektivləri və
digər bu kimi mühüm məsələlərlə bağlı peşəkar
mütəxəssislərin rəy və təkliflərini dinləyib, onlarla
fikir mübadiləsi aparıb.
Sonda nazir fəaliyyətini başa vurmuş məktəb
direktorlarına Təhsil Nazirliyinin Fəxri fərmanını və
xatirə hədiyyələrini təqdim edib.
|