Azərbaycan
Respublikası təhsil nazirinin "Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nın
təsdiqi barədə 17.07.2013-cü il tarixli, 739 nömrəli
əmrinin tələblərinə müvafiq olaraq Bakı şəhərində
yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərdə 6 yaşı
cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan
uşaqların I sinfə qəbulu məqsədilə 1 iyul 2015-ci il
tarixdən elektron qeydiyyat başlanmışdır. İstedadlı
uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat
mektebeqebul.edu.az saytında aparılır və iyul
ayının 31-dək davam edəcəkdir.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə
qəbulu üzrə müsahibələr iyul ayının 21-dən etibarən Bakı
şəhəri 42 nömrəli tam orta məktəbdə aparılacaqdır.
Valideynlər (və ya qanuni nümayəndələr)
mektebeqebul.edu.az saytında qeydiyyatdan
keçərək, uşaq haqqında məlumatları saytda verilən
formada doldurub müsahibəyə buraxılış vərəqini çap edə
bilərlər. Buraxılış vərəqində uşağın müsahibəyə dəvət
olunduğu tarix və vaxt göstəriləcəkdir.
Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş
məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu
bitirmiş şagirdlər isə
mektebeqebul.edu.az saytından həmin kursu
bitirdiyinə dair sertifikatı çap etməli, eyni zamanda
məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək
sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə
müsahibədənkənar qəbul olunacaqlar.
Məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər
müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə
fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.
www.baku.edu.az
|