Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 İyul 2015 - №25

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı tələbə qəbulu elan edir

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015-2016-cı tədris ili üçün tələbə qəbulu elan edir. Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına müalicə işi ixtisası üzrə 100 nəfərin qəbul olunması nəzərdə tutulur. Tədris rus dilində olsa da, müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün birgə aparılacaq. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın IV ixtisas qrupunda keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Qəbul olmaq istəyənlər rus dili və kimya fənləri üzrə test imtahanı verməlidirlər.

Müsabiqə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyanın keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.

Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir.

Qəbul olmaq istəyən şəxslər müvafiq sənədlərini 21-22 iyul 2015-ci il tarixlərində saat 10:00-dan 18:00-dək təqdim edə bilərlər. Maraqlananlar əlavə məlumatı Təhsil Nazirliyinin saytından  ala bilərlər: (http://edu.gov.az/az/page/9/11012)

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov