* İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Quba rayonunun Rustov-Xanəgah-Gürdəh,
Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə,
Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə
bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
* Dövlət başçısı İlham Əliyev iyulun 7-də Neftçala
rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil
yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
* 8-10 iyul tarixlərində Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva "Milan Expo 2015" Beynəlxalq
sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak
etmək üçün İtaliya Respublikasında işgüzar səfərdə
olublar.
* Ölkə başçısı İlham Əliyev və xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva iyulun 9-da "Milan
Expo 2015" Ümumdünya sərgisindəki Azərbaycan
pavilyonunda təşkil olunmuş "Milli gün" çərçivəsində
pavilyonun rəsmi təqdimat mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev mərasimdə çıxış edib.
* İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev İtaliya Respublikasına işgüzar səfəri
çərçivəsində bu ölkənin Prezidenti Sergio Mattarella və
Baş naziri Matteo Renzi ilə görüşüb. |